Gənc Psixoloqların II Yay məktəbi gənc psixoloqların özlərini inkişaf imkanlarını, psixologiyada baş verən müasir prosesləri, beynəlxalq əməkdaşlıq və xaricdə təhsil imkanlarını, layihələrin yazılması, idarə olunması bacarıqlarının inkişafını əhatə edəcək proqramdan ibarət olub.

Yay məktəbi 23-25 avqust 2019-cu il tarixlərində Qəbələ şəhərində keçirilib. Yay məktəbində 30 gənc və tələbə psixoloq iştirak edib.

Müddət:19.07.2018-19.10.2018
Məqsəd: Boşanmaların qarşısının alınması üçün vətəndaş nikahı qeydiyyatı şöbələrində psixoloji
xidmətin təşkili
Tərəfdaş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Donor: Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ilin noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 80-dən çox gənclər təşkilatının təmsil olunduğu gənclər təşkilatlarının V Respublika sərgisi həyata keçirilib. V Respublika sərgisində gənclər təşkilatlarına özlərini təqdim etmək, nailiyyət və imkanlarını göstərmək, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmək üçün əlverişli şərait yaradılıb. Sərgidə iştirak edən rəsmi şəxslər, gənclər, tələbələr və digər sərgi iştirakçıları sərgidə təmsil olunan “Gənc Psixoloqlar” ictimai birliyinin stendi ilə də tanış olub, təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər.

20 oktyabr 2017-ci il tarixindən 20 fevral 2018-ci il tarixinədək olan müddətdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən “Könüllülər üçün könüllü psixoloq” layihəsinin əsas məqsədi respublika əhəmiyyətli layihələrdə könüllü iştirak etmiş gənclərə psixoloji xidmətin əlçatan olmasını təmin etməkdən ibarət olub. Layihə  çərçivəsində 20 gənc psixoloqa psixoloji xidmətlə bağlı təlimlər keçirilib. Daha sonra həmin psixoloqlar könüllü fəaliyyəti olmuş gənclər üçün müxtəlif mövzularda təlim keçib və fərdi söhbətlər aparıblar.

Donor: Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu

Tərəfdaşlar: Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN könüllüləri” gənclər təşkilatı

Əsas məqsədi iki ölkənin gənc psixoloqları arasında mübadilə həyata keçirməklə mədəni və elmi əlaqələrin güclənməsi olan layihənin ilkin mərhələsi 7-14 oktyabr 2017-ci il tarixində Bakıda, 22-28 oktyabr 2018-ci il tarixində isə İstanbulda təşkil olunub. Hər iki ölkədən ümumilikdə 30 gənc psixoloqun iştirak etdiyi mübadilə proqramı müxtəlif akademik və sosial fəaliyyətlərdən ibarət olub.

Tərəfdaşlar: Xəzər Universiteti, İstanbul İşık Universiteti, Siyasi Psixologiya Mərkəzi, Binəqədi rayon Gənclər evi, Beşiktaş bələdiyyəsi

 

 

 

Videonu izləmək üçün daxil olun


Rejissor: Murad Cəlilov (Porte Faust)
Ssenari müəllifləri: Yeganə Əhmədova, Leyla Qasımova, Rövşən Uğur
Səsləndirmə:Sənan Əlləz
Səs rejissoru:Zamiq Babazadə
Rollarda: Əfsanə Əsgərli, Ülviyyə Hümbətova, Yeganə Əhmədova

“ASAN Könüllüləri” təşkilatı və “Gənc Psixoloqlar” ictimai birliyinin birgə təşəbbüsü olan “İNİKAS” layihəsinin əsas məqsədi cəmiyyətimizin psixi sağlamlığının qorunması işinə töhvə verməkdən ibarət olub. Layihə çərçivəsində psixi sağlamlığın qorunması ilə bağlı bir neçə təlim və görüşlər təşkil edilib.

Avropa gənc psixoloqları arasında şəbəkələşmə yaratmaqla, onlar arasında elmi və mədəni mübadiləni həyata keçirmək məqsədilə icra olunan Avropa Tələbə Psixoloqlar Assosasiyalar Federasiyasının (EFPSA) 31-ci konqresi çərçivəsində 33 ölkədən 310 psixoloqun iştirakı ilə Qax və Şəki şəhərlərinə ekskursiya təşkil olunub. Qax rayonu İlisu kəndi, Qax şəhər Heydər Əliyev mərkəzi, İçəribazar, Şəkidə yerləşən Kiş kəndi, Şəki Xan Sarayı, Karvansaray və digər tarixi, mədəni obyektlər qonaq psixoloqlara təqdim olunub. Azərbaycan mədəniyyətini, tarixini, musiqisini nümayiş etdirmək məqsədi ilə təşkil olunmuş ekskursiya qonaqların yüksək marağına səbəb olub.

Layihə haqqında video.

Donor: Prezident yanında QHT-lərə Dövlət dəstəyi şurası

EFPSA – Avropada psixologiya ixtisası üzrə təhsil alan tələbələri və gənc mütəxəssisləri birləşdirən ümumavropa təşkilatıdır. Təşkilata 33 ölkə üzvdür. MDB ölkələrindən yalnız Azərbaycan bu təşkilatda təmsil olunur. Azərbaycan təmsil edən rəsmi qurum “Gənc Psixoloqlar” ictimai birliyidir.

EFPSA-nın hər il təşkil olunan və ən böyük tədbiri hesab olunan illik konqresə 34 ölkədən 300-dən artıq gənc psixoloq və professor-müəllim heyəti qatılır. Qax rayonunda təşkil olunmuş 31-ci EFPSA konqresinin əsas mövzusu “Müasir insanlıq” başlığı altında olub. Bu mövzu ətrafında müharibə və terrorların yaratdığı psixoloji mühit, mədəniyyətlərarası fərqliliklərin yaratdığı psixoloji çətinliklər, texnoloji inkişaf şəraitində insan psixikası və s. bənzər mövzular müzakirə olunub. Tədbirdə Britaniya Psixoloqlar Cəmiyyətinin vitze-prezidentdi Jeymi Hager Hugsin, Avropa Psixoloqlar Assosasiyasının baş katibi Robert Xiberiasın, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, professor Rauf Qaragözovun, Hollandiyanın Utrext Universitetinin psixologiya elmlər doktoru Art Frankenin, Moskva Dövlət Universitetinin professoru Veronika Nurkovanın, İstanbul Şəhər Universitetinin professoru Ceren Acartürkün və digərlərinin mövzu ilə bağlı mühazirələri dinlənilib.

23-30 aprel 2017-ci il tarixlərində, bir həftə davam edən konqres çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi və Qax, Şəki şəhərlərinə tur da təşkil olunub.

31-ci EFPSA konqresi haqqında hazırlanmış videolar:
Video 1.
Video 2.
Video 3.

31-ci EFPSA konqresi haqqında fotolar

Təşkilati tərəfdaşlar:
1. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
2. Mədəniyyət və Turizm Nazirliyi
3. Qax rayon İcra Hakimiyyəti
4. Şəki şəhər İcra Hakimiyyəti
5. Moskva Dövlət Universitetnin Bakı filialı
6. Xəzər Universiteti
7. ASAN Könüllüləri təşkilatı
8. El resort hotel-Qax
9. MS Pro şirkəti
10. Türk Hava Yolları

Əsas məqsədi psixologiya sahəsində yeni təhsil alan gənc psixoloqlara ixtisasları barədə nəzəri-praktik məlumatları vermək, onları peşəkar mütəxəssis kimi formalaşdırmaqdan ibarət olan layihə 2016-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına qədər davam edib. Layihədə bir neçə universitetdən psixologiya ixtisası üzrə 30 nəfər tələbə iştirak edib.  

“Məktəblinin etimad otağı” layihəsi məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin artırılması üçün özünü bu sahədə görən universitet tələbələrinin, həmçinin gənc psixoloqların peşəkar kadr kimi hazırlanmasına dəstək məqsədi ilə həyata keçirilir. Layihə 2017-ci ilin yanvar-mart aylarında, 3 ay müddətində həyata keçirilib.

“ASAN Könüllüləri” Gənclər təşkilatı, “Gənc Psixoloqlar” İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan forum “Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu” və “Psixologiya elminin tətbiqi sferalarının inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işlərin təhlili” mövzuları üzrə iki paneldən ibarət olub.
Forumun birinci panelində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev , Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Gənclər Fondunun İcraçı Direktoru Fərhad Hacıyev  və “ASAN Könüllüləri” Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək, tədbirin əhəmiyyətindən və bu gün ölkəmizdə psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən danışıb, forum iştirakçıları tərəfindən verilən suallar cavablandırıblar. İkinci paneldə isə Psixoterapevt Nisə Abdullayeva, Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Səyyarə Yusubova, “Gənc Psixoloqlar” İctimai Birliyinin nümayəndələri Aidə Səlim, Aytac Abbasbəyli, “İstək” liseyinin psixoloqu Sevda Cəlilzadə müxtəlif psixoloji mövzuda çıxışlar ediblər.

https://az.trend.az/azerbaijan/society/2526861.html
https://news.milli.az/society/429761.html

 

“Autizm sindromlu uşaqları olan valideynlərin maarifləndirilməsi” layihəsinin icrası müddətində həm ailələrin, həm də gənclərin bu mövzuda maarifləndirilməsi nəzərdə tutan layihə 2 ay davam edib. Layihə müddətində iştirakçılarla mütəxəssislərin görüşləri təşkil edilib və təlimlər keçirilib. Təlimlər zamanı təqdimat praktik tapşırıqlar və əyani vasitələr göstərilərək, istifadə üsulları izah eidlmiş, eləcə də məlumatlandırma bukletləri paylanmışdır.

Donor: Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu

Psixologiya elminin inkişafında gənc mütəxəssislərin bu sahədə düzgün istiqamət seçiminə və öz üzərində həm nəzəri, həm də praktik şəkildə mütəmadi təkmilləşməsinə kömək etmək məqsədi ilə həyata keçirilən layihə 6 ay müddətində müxtəlif mövzularda mütəxəssislərin təlimlərindən ibarət olub.

“Gənc Psixoloqların I Debat Çempionatı” layihəsi gənc psixoloqların hər hansı bir mövzu ətrafında müzakirələr apara bilmək vərdişlərinin aşılanması məqsədi ilə həyata keçirilib. “Gənc Psixoloqların I Debat Çempionatı” layihəsinin son mərhələsi kimi Xəzər universitetində çempionat təşkil olunub. Layihənin yekunu olaraq Gənc Psixoloqların I Debat Çempionatının qalibi adını “Komanda” komandası qazanıb. Qalib komanda kubokla, qalib komanda üzvləri birincilik medalı və sertifikatla, çempionatda ikinci olan komanda üzvləri finalçı sertifikatı ilə, 6 nəfər spiker ən yaxşı spiker sertifikatı ilə, 1 nəfər hakim ən yaxşı hakim sertifikatı ilə, digər iştirakçılar isə iştirakçı sertifikatları ilə təltif edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 3 ay müddətində həyata keçirilən “Gənc Psixoloqların I Debat Çempionatı” layihəsinə “Debat Vətəndaş Cəmiyyəti” (DVC) və “Gənc Psixoloqlar” İctimai Birliyi (GPB), çempionatın keçirilməsində isə Xəzər Universiteti dəstək olub.

Layihənin məqsədi psixologiya sahəsində təhsil alan tələbələrin psixi sağlamlıq istiqamətində könüllü fəaliyyətə cəlb edilməsinə həvəsləndirmək və şərait yaratmaqla psixologiya ixtisası üzrə təhsil alan gənclərin maarifləndirilməsi olub. Layihə müddətində psixologiya təhsili alan tələbələr könüllülüyün prinsipləri, sağlam düşüncə və mənəviyyat haqqında, könüllü fəaliyyətin insanın öz psixi sağlamlığına və inkişafına dəstəyi, eyni zamanda cəmiyyətin psixi sağlamlığına faydası haqqında ətraflı məlumat əldə ediblər.

Donor: Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu

Həm öyrənmək, həm əylənmək, həm də birgə istirahət etmək üçün
nəzərdə tutulmuş yay məktəbi 10-12 iyun 2016-cı il tarixlərində təşkil edilib. 16 nəfərin iştirakı ilə keçirilən yay məktəbi maraqlı fəaliyyətlərlə yadda qalıb.

Layihənin məqsədi gənc psixoloqlara müasir bazar iqtisadiyyatının əsas tələblərindən biri olan karyerada uğur qazanmağın sirlərinə bələd olmağı öyrətmək olmuşdur. 150-yə yaxın müraciətçi arasından seçilən 50 nəfər gənc psixoloqa layihə müddətində “Headway Language and Development” şirkətinin təsisçisi Toğrul Ələkbər tərəfindən “İnkişafalogiya, SOCARşirkətinin HR mütəxəssisi Mahir Qara tərəfindən “CV-lərin düzgün yazılması və tərtibi”,  Türkiyəli psixoloq, Coca-Cola şirkətinin HR departamentinin müdiri Banu Kököz tərəfindən “İnsan fəaliyyəti”, Psixoloji və Sosioloji Tədqiqatlar mərkəzinin direktoru Əhəd Kazım tərəfindən “Gənc psixoloq kimi mən nə edə bilərəm”təlim-seminarları vasitəsi ilə  gənc psixoloqa lazım olan bacarıqlar, onların formalaşdırılması yolları ilə bağlı müxtəlif praktiki məsləhətlər verilmişdir.

Proqramın hazırlanması  “Gənc Psixoloqlar” İctimai Birliyinin Beynəlxalq təcrübə işçi qrupu tərəfindən həyata keçirilmişdir. 2 ay müddətində 50 nəfər gənc psixoloq müraciətçinin arasından seçilən 12 nəfər komanda ilə məktəbdə psixoloji xidmətin Rusiya, Türkiyə, ABŞ və Böyük Britaniya təcrübəsi öyrənilərək “Beynəlxalq təcrübədə məktəbdə psixoloji xidmət işinin təşkili” proqramı hazırlanmış və “Gənc Psixoloqlar İctimai Birliyi tərəfindən keçirilən Gənc Psixoloqların I forumunda təqdim edilmişdir.

 

“Psixoloji tədqiqatçılar” işçi qrupu tərəfindən Psixoloji tədqiqatların keçirilməsi kurs proqramı keçirilmişdir. Proqram BDU-nun doktorantı Yusubova Səyyarənin rəhbərliyi ilə 60 nəfərdən çox müraciətçi arasından seçilmiş 16 nəfər iştirakçı ilə 6 ay müddətində davam etmişdir. Proqram iştirakçılara hər birinin seçdiyi mövzu üzərində tədqiqat aparma vasitəsi ilə içtirakçıların tədqiqat bacarıqlarını inkişaf etdirmək, tədiqatın etik prinsiplərini, tədqiqatların təşkilati formalarını, növlərini, tədqiqatın mövzu və fərziyyəsini öyrənmə bacarıqlarını aşılamaq, tezis və elmi məqalə yazılması ilə bağlı biliklər qazandırmaq məqsədi ilə həyata keçirilmişdir.  Proqram müddətində, statistik metodlar, araşdırmada əldə olunan məlumatların kəmiyyət təhlili, onların tətbiqi tədris edilir. Tapçırıq və məşğələlər ilə öyrənilən biliklərin tətbiqi təşkil olunub. Kurs ərzində tədqiqatlar zamanı əldə olunan məlumatların qeydiyyata alınması və təsviri, statistik təhlilin əsas prinsip və metodları, nəticələrin şərhi və nümayişi nəzərdən keçirilib. İştirakçılar kurs vasitəsi ilə SPSS statistik paketini tətbiq etmək imkan əldə ediblər. Proqramın bu hissəsi BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Əfəndiyev Zaur tərəfindən aparılıb.

“Gənc Psixoloqlar” İctimai Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşlığı ilə “Fəlsəfi Söhbət” layihəsi həyata keçirilmişdir. Müvafiq ərizə forması vasitəsi ilə qeydiyyatdan keçən 70 nəfər arasından müsahibə vasitəsi ilə seçilən 30 nəfər iştirakçı ilə 2 ay müddətində keçirilən layihədə məqsəd Azərbaycan və dünyada olan elmi, fəlsəfi və psixoloji nəzəriyyələri diskussiya və təlimlər formasında gənclərə çatdırmaq, onların fəlsəfi biliklərə daha dərindən yiyələnməsinə fürsət yaratmaq olmuşdur.