1. İctimai Birlik haqqında məlumat
1.1“Gənc Psixoloqlar” İctimai Birliyinin əsas məqsədləri:
“Gənc Psixoloqlar” İctimai Birliyinin əsas məqsədi gənc və tələbə psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının qorunması istiqamətində vahid fəaliyyəti təşkil və təmin etməkdir. Bu istiqamətdə Birlik milli iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına kömək məqsədilə respublikanın elmi-psixoloji potensialının psixologiya elminin nəzəri-metodoloji və praktik məsələlərinin həllinə aktiv cəlb olunmasını, psixologiyanın ümumi nəzəriyyələrinin inkişafı və onun tətbiqi sahələrinin işlənməsini, psixologiya elminin aktual məsələlərinin həllinə kömək etməyi, psixologiya elminin nailiyyətlərinin praktikaya tətbiq etmək, elmin, mədəniyyətin inkişafı, müasir və innovativ idarəetmə, təhsil və tərbiyənin effektivliyini artırmaq məqsədi ilə psixoloji xidmətlərin yaradılmasında iştirak etməyi, psixoloji biliklərin, psixologiya sahəsində elmi-tədqiqat və elmi-praktik işləri təbliğ etməyi öz qarşısına məqsəd qoymuşdur.
1.2 “Gənc Psixoloqlar” İctimai Birliyinin vəzifələri:
“Gənc Psixoloqlar” ictimai birliyi öz məqsədlərini həyata keçirmək üçün elmi və təşkilati məsələlərin müzakirəsi üçün iclas, konfrans və qurultaylar keçirməyi, psixoloqlar assosasiyalarının təşkil etdiyi beynəlxalq konfrans, iclas və simpoziumlarda Azərbaycanın gənc psixoloqlarının iştirakını təşkil etməyi və əməkdaşlıq əlaqələrinin qurulmasını, cəmiyyətimizin psixi sağlamlığı istiqamətində yerli və beynəlxalq layihələrdə iştirak etməyi planlaşdırır.
1.3 Kimlər üzv ola bilər?
“Gənc Psixoloqlar” İctimai birliyinə;
2.1 “Gənc Psixoloqlar” İctimai Birliyinə üzvlük onlayn qeydiyyat formatında aparılır. Üzvlük ödənişlidir, məbləğ 25 AZN təşkil edir.
“Gənc Psixoloq” adlanan üzvlük kartı alındığı gündən 2 il müddətinədək etibarlıdır. Kartın sifarişçisi – üzv, “Gənc Psixoloqlar” İctimai Birliyinin ona təqdim etdiyi üzvlük qaydaları və şərtləri ilə tanış olduqdan və qeydiyyat anketindəki ulduzlu bölmələrin (*) doldurulması icbari olan fərdi məlumatlarını daxil etdikdən sonra üzvlük haqqında ödənişi açılan növbəti səhifədən plastik kartla onlayn ödəmə sistemi vasitəsilə həyata keçirməlidir.
Birliyin üzvü olmaq niyyətində olan şəxslərə aşağıda qeyd olunan sənədlər onlayn qeydiyyat anketində tələb edilir!
(*Üzvlük kartında istifadə ediləcək.)
Üzvlük kartı üzvlük müraciətinizin təsdiq edildiyi gündən etibarən 1 ay (30 gün) ərzində hazırlanır və yeni üzvə təqdim edilir.
3. “Gənc Psixoloqlar” İctimai Birliyinə üzv olmağın üstünlükləri
3.3 Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və onun adından bəyanatla çıxış edə bilər.
3.4 Birliyin üzvlərdən aşağıdakı vəzifələri daşıyırlar
3.5 Üzvlüyə aşağıdaki hallarda xitam verilir;
3.6 Birliyin üzvü aşağıdaki hallarda üzvlükdən xaric edilir;
3.7. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirə bilər.
Yeniləndi: 01/09/2020