Haqqımızda

“Gənc Psixoloqlar” İctimai Birliyinin əsas məqsədi gənc və tələbə psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının qorunması istiqamətində vahid fəaliyyəti təşkil və təmin etməkdir. Bu istiqamətdə Birlik milli iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına kömək məqsədilə respublikanın elmi-psixoloji potensialının psixologiya elminin nəzəri-metodoloji və praktik məsələlərinin həllinə aktiv cəlb olunmasını, psixologiyanın ümumi nəzəriyyələrinin inkişafı və onun tətbiqi sahələrinin işlənməsini, psixologiya elminin aktual məsələlərinin həllinə kömək etməyi, psixologiya elminin nailiyyətlərinin praktikaya tətbiq etmək, elmin, mədəniyyətin inkişafı, müasir və innovativ idarəetmə, təhsil və tərbiyənin effektivliyini artırmaq məqsədi ilə psixoloji xidmətlərin yaradılmasında iştirak etməyi, psixoloji biliklərin, psixologiya sahəsində elmi-tədqiqat və elmi-praktik işləri təbliğ etməyi öz qarşısına məqsəd qoyur.

Play Video

Hədəfimiz

Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verir. Bu isə öz növbəsində psixi sağlamlıqla məşğul olan şəxslərin peşə biliklərinin daha dərin və müasir elmi-praktik tələblərə cavab verməsini şərtləndirir. “Gənc Psixoloqlar” ictimai birliyi olaraq , biz, qarşımıza əsas məqsəd kimi gənc psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının təmin olunması istiqamətində vahid faəliyyəti təşkil və təmin etməyi qoymuşuq.

Strategiyamız

“Gənc Psixoloqlar” ictimai birliyinin logosu vahid məqsədlilik, bərabər hüquqluq, elmdə millilik, birgə fəaliyyət, dövlətə sadiqlik və vətənpərvərlik kimi dəyərləri özündə ehtiva edir.

Beynəlxalq əməkdaşlıq

“Gənc Psixoloqlar” ictimai birliyi Avropa Tələbə Psixoloqlar Assosasiyası (EFPSA) ilə əməkdaşlıq edir və təşkilatın Azərbaycan üzrə təmsilçisidir.

EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir.

Tərəfdaşlarımız