“Gənc Psixoloqlar” İctimai Birliyi 2015-ci ildə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birlik gənc psixoloqların peşəkar inkişafına töhfə vermək və cəmiyyətin psixi sağlamlığı ilə bağlı keçirlən tədbirlərə dəstək vermək və ya bu kimi tədbirləri təşkil etmək məqsədləri ilə təsis edilmişdir.
 

TƏSİS MƏQSƏDİMİZ

Hər bir cəmiyyətin inkişafında psixi sağlamlığın əhəmiyyəti olduqca vacib olduğu çoxdan öz təsdiqini tapmışdır. Psixi sağlamlıq insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur.

Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verir. Psixi sağlamlığın təmin olunması üzrə ölkədə bu sahə üzrə formalaşmış mütəxəssislərin məsuliyyət payı daha çoxdur. Bu isə öz növbəsində psixi sağlamlıqla məşğul olan şəxslərin peşə biliklərinin daha dərin və müasir elmi-praktik tələblərə cavab verməsini şərtləndirir. “Gənc Psixoloqlar” ictimai birliyi olaraq , biz, qarşımıza əsas məqsəd kimi gənc psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının təmin olunması istiqamətində vahid faəliyyəti təşkil və təmin etməyi qoymuşuq.

 

STRATEJİ BAXIŞIMIZ

Vətənini sevən, dövlətinə sadiq, milli dəyərlərə köklənmiş, dünyəvi və müasir gənc psixoloqların formalaşdırılması “Gənc Psixoloqlar” ictimai birliyinin əsas strateji baxışıdır.

 

BEYNƏLXALQ ƏLAQƏLƏRİMİZ

Azərbaycan Gənc psixoloqları 2009-cu ildən Avropa Tələbə Psixoloqlar Assosasiyası (EFPSA) ilə əməkdaşlıq edir.

EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir. Bu günə qədər təxminən 30-dan çox Azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak ediblər. “Gənc Psixoloqlar” ictimai birliyinin üzvü olan hər bir kəs EFPSA-nın tədbirlərində iştirak etmək və həmçinin EFPSA-nın nəşr etdiyi beynəlxalq elmi jurnalda öz məqalə və araşdırmalarını nəşr etdirmək hüquqları vardır.

Azərbaycanlı gənc psixoloqların EFPSA-nın tədbirlərində iştirakı ilə bağlı statistika aşağıdakı kimidir:

  • 2009-cu il-Türkiyə, Anamur şəhəri, Milli nümayəndəliklərin görüşü – 3 nəfər
  • 2010-cu il Hollandiya, Leyden şəhəri, 25-ci konqres – 1 nəfər
  • 2011-ci il Polşa, Boroviçe şəhəri, 26-cı konqres – 3 nəfər
  • 2012-ci il İsveçrə, Bazel şəhəri, Milli nümayəndəliklərin görüşü – 1 nəfər
  • 2013-cü il Türkiyə, İzmir şəhəri, 27-ci konqres – 10 nəfər
  • 2013-cü il Şm. İrlandiya, Belfast şəhəri, Milli nümayəndəliklərin görüşü – 1 nəfər
  • 2014-cü il Ruminiya, Baile-feliks şəhəri, 28-ci konqres – 8 nəfər
  • 2015-ci il Çexiya, Srni şəhəri, 29-cu konqres – 6 nəfər
  • 2015-ci il Ruminiya, Kobananora şəhəri, Milli nümayəndəliklərin görüşü – 1 nəfər
  • 2016-cı il Portuqaliya, Vimeiro şəhəri, 30-cu konqres – 16 nəfər
  • 2016-cı il Xorvatiya, Fuzine şəhəri, Milli nümayəndəliklərin görüşü – 3 nəfər
  • 2017-ci il Azərbaycan, Qax şəhəri, 31-ci konqres - 40 nəfər
  • 2018-ci il Malta, Valetta şəhəri, 32-ci konqres - 10 nəfər

 

Qeyd etmək istərdik ki, 2015-ci il Çexiyada keçirilən 29-cu EFPSA konqresində 31-ci EFPSA konqresinə ev sahibliyi etmək üçün Azərbaycanlı nümayəndə heyəti namizədlik irəli sürmüş və 33 ölkənin nümayəndələrinin iştirakı ilə baş tutan səsvermə nəticəsi olaraq 2017-ci ildə keçiriləcək konqresə ev sahibliyi Azərbaycana verilmişdir. Bu tədbirdə 33 ölkədən 300-dən çox gənc psixoloqların və müəllim-professor heyətinin iştirakı baş tutub. EFPSA haqqında əlavə məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz. www.efpsa.org

Tərəfdaşlarımız

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Cras rhoncus augue a ligula ultrices feugiat ac viverra velit. Duis ornare lobortis egestas. Cras pharetra dui eget enim condimentum ultricies. Donec eu eros vitae massa sollicitudin maximus. Duis non ullamcorper odio. Ut maximus tellus id luctus mollis. Sed commodo nibh in lacinia finibus.
  • Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
  • Gənclər və İdman Nazirliyi
  • Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
  • Gənclər Fondu
  • Azərbaycan Diasporuna Dəstək Fondu
  • BMT-nin İnkişaf Proqramı
  • PsyLand-Psixologiya və İnkişaf Mərkəzi