+994 70 905 2015 [email protected]

Şəhid övladları üçün yay düşərgələri

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2022-ci ilin 4 iyul tarixindən avqust ayının sonuna qədər şəhid övladları üçün yay düşərgələri keçiriləcək. Ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin təşkili prosesində tərəfdaşlardan biri də Gənc Psixoloqlar İctimai Birliyidir.

https://www.facebook.com/gencpsixoloqlarbirliyi/photos/pcb.5162687340463094/5162684370463391

 

  • İşləndiyi tarix: Iyun 10, 2020
  • Kateqoriya: CORPORATE